"ABŞ bu prosesdə..." — ŞƏRH

GÜNDƏM 07 avqust 2025, 12:06
“ABŞ-nın Güney Qafqazda maraqları var. Bu, yeni bir məsələ deyil. Hələ 90-cı illərdə ABŞ Azərbaycanda enerji təhlükəsizliyi sahəsində əhəmiyyətli aktor kimi çıxış edirdi. O vaxt Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilməsində də məhz Amerikanın böyük rolu olmuşdu”. 

Bunu siyasi şərhçi Oqtay Qasımov Demokrat.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, Rusiyanın təzyiqləri fonunda Azərbaycana dəstək verilirdi:

“Tramp bölgədə sülhü dəstəkləyən bir lider kimi çıxış edir. Çünki bu, birbaşa Amerikanın maraqları ilə bağlıdır. Güney Qafqazda sülhə nail olmaqla Trampın nüfuzunu artıra bilər. Güney Qafqaz Orta Asiya ilə bir körpü rolunu oynayır və ABŞ da məhz bu körpü vasitəsilə bölgədə öz maraqlarını təmin etmək istəyir. Güney Qafqazda möhkəmlənmək, həm də İran və Rusiya faktorunu nəzərə alaraq, ABŞ üçün strateji əhəmiyyət daşıyır. Bu, gələcəkdə Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsinə yol aça bilər. Bu baxımdan ABŞ-nın bölgəyə marağı var. Xüsusilə də Zəngəzur dəhlizinin icarəyə götürülməsi ilə bağlı istəklər və təşəbbüslər də məhz bu maraqlardan qaynaqlanır. Çünki bu dəhlizə nəzarət həm Çinə, həm İrana, həm də Rusiyaya qarşı logistik üstünlük qazandıracaq və ABŞ bununla maraqlanır. ABŞ bu prosesdə konstruktiv və rasional davranacaq. Çünki neytral vasitəçi rolunda çıxış etməsi daha məqbul və balanslı yanaşma kimi qiymətləndirilə bilər”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top