"“Rusiya niyə bunu edir?” sualına cavab olaraq qeyd etmək lazımdır ki, bu ölkə müəyyən mənada vaxt udmağa çalışır. Əgər nəzərə alsaq ki, ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) şərtlərinə görə, bir il ərzində qəza ilə bağlı hesabat açıqlanmalıdır, bu müddət artıq başlanıb. Rusiya tərəfi isə bildirir ki, istintaqın nəticələrini yalnız yekun hesabat təqdim olunandan sonra açıqlayacaq. Halbuki ilkin hesabat artıq Qazaxıstan tərəfindən yayımlanıb".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.
O bildirib ki, Rusiya yekun hesabatdan sonra nəticələri elan etmək niyyətindədir:
"Bu isə o deməkdir ki, uzağı bu ilin sonuna və ya gələn ilin əvvəlinə qədər nəticələr ictimaiyyətə açıqlanmalıdır. Məsul şəxslərin cəzalandırılması və digər detalların tənzimlənməsi üçün əlavə zamana ehtiyac duyurlar.
Rusiyaya beynəlxalq təsirin əvvəlki qədər güclü olmadığı görünür. Malayziya təyyarəsinin vurulması hadisəsində də Rusiya məsuliyyəti üzərinə götürməmiş və prosesi illərlə uzatmışdı. Həmin dövrdə beynəlxalq məhkəmə və istintaq uzun müddət davam etmişdi.
Bu gün də Rusiya oxşar davranış sərgiləyir. Halbuki artıq kifayət qədər məlumdur ki, bu hadisə necə baş verib və kim məsuliyyət daşıyır. Bu qədər istintaq tədbirinə ehtiyac yoxdur. Rusiya məsuliyyəti qəbul etməli, təzminat ödəməli, dəymiş ziyanı kompensasiya etməlidir".
Deputat deyib ki, Ruaiya əvvəlcə hadisəni quş sürüsü, daha sonra isə Ukrayna dronu ilə əlaqələndirilməyə çalışıb:
"Bu versiyalar qeyri-peşəkar yanaşma nümunəsi idi və məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirilə bilər. Malayziya hadisəsindəki taktika bu dəfə də təkrarlanır.
Azərbaycan bu prosesdə tək deyil, Qazaxıstan da istintaqda iştirak edir və təqdim etdiyi hesabatda kənar müdaxilələrinin olduğu açıq şəkildə göstərilib. İnanıram ki, digər hallarda olduğu kimi, bu məsələdə də beynəlxalq hüquq təmin olunacaq. Sadəcə müəyyən vaxta ehtiyac var. Lakin ümid edək ki, Rusiya məsələni daha da uzatmadan, ICAO-nun yekun hesabatını gözləmədən də mövqeyini açıqlayacaq. Əks halda, Azərbaycan beynəlxalq hüquq müstəvisində bu prosesi davam etdirəcək".
Qeyd edək ki, Baş prokuror Kamran Əliyev Ankaraya səfəri zamanı çıxışında bildirib ki, Rusiya təyyarə qəzası ilə bağlı istintaqın nəticələrini açıqlamır.
Əfsanə Kamal
Demokrat.az