"Yay aylarında qida zəhərlənmələri riski xüsusilə artır və bu baxımdan balıq və balıq məhsullarının düzgün seçilməsi və saxlanması olduqca önəmlidir. Balıq, tez xarab olan məhsullardan biridir və isti havalarda onun keyfiyyətinə nəzarət daha da həssas yanaşma tələb edir".
Bu sözləri Demokrat.az-a açıqlamasında "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov deyib.
O bildirib ki, ilk növbədə, balıq alarkən satış şəraitinə diqqət yetirmək vacibdir:
"Balıq yalnız gigiyenik mühitdə və soyuducu şəraitdə, buzla örtülü şəkildə saxlanmalıdır. Təəssüf ki, bəzi hallarda balığın açıq havada, günəş altında satıldığını görürük ki, bu da onun zəhərləyici xüsusiyyətlər qazanmasına səbəb ola bilər.
Təzə balığı tamımağın bir neçə əsas göstəricisi var. Dərisi parlaq və pulcuqları yapışqan olmalıdır. Gözləri şəffaf və dolğun görünürsə, bu onun təzə olduğunu göstərir. Əgər gözlər çökük və matdırsa, artıq bayatlaşmış ola bilər. Qəlsəmələrin rəngi tünd qırmızı olmalıdır. Boz və yapışqan selik olan qəlsəmələr məhsulun yararsızlığını göstərə bilər. Ən vacib göstəricilərdən biri də qoxudur. Təzə balığın kəskin və pis qoxusu olmur. Əgər qoxu narahatedicidirsə, bu balıq artıq istehlak üçün təhlükəli ola bilər. Barmağınızla balığın üzərinə basan zaman çökəklik dərhal bərpa olunursa, balıq təzədir. Əgər barmaq iziniz qalırsa, həmin məhsuldan uzaq durmaq məsləhətdir".
O bildirib ki, istehlak mərhələsinə keçdikdə isə bir neçə vacib məqam var:
"Birincisi, bişirilmiş balıq isti havada tez xarab olur, buna görə bişirildikdən dərhal sonra yeyilməli, artıq hissə isə mütləq soyuducuda saxlanmalıdır.
İkincisi, saxlanma temperaturu çox önəmlidir. Təzə balıq məhsulları +4°C-dən aşağı temperaturda, dondurulmuş məhsullar isə -18°C-də saxlanmalıdır.
Çiy və bişmiş məhsullar eyni səthdə hazırlanmalı deyil. Bu, çarpaz çirklənmənin qarşısını almaq üçün vacibdir. Xüsusilə taxta səthlər əvəzinə plastik və asan təmizlənən kəsmə taxtalarından istifadə edilməlidir.
Unutmaq olmaz ki, balıq məhsulları bəzi hallarda botulizm kimi ağır toksikoinfeksiyalara səbəb ola bilər. Bu səbəbdən yalnız baytarlıq-sanitariya nəzarətindən keçmiş məhsullar alınmalıdır".
Mütəxəssis tövsiyə edir ki, mümkünsə, yay aylarında diri balıqlara üstünlük verin:
"Çünki onların təzəliyini vizual olaraq müəyyənləşdirmək daha asandır. Eləcə də paketli məhsul alarkən onun istehsal tarixi, mənşə ölkəsi və saxlama müddəti diqqətlə yoxlanmalıdır.
Nəticə olaraq, sağlamlığımız üçün balıq seçərkən diqqətli olmaq, onu düzgün bişirmək və saxlanma şərtlərinə riayət etmək ən yaxşı qoruyucu tədbirdir".
Əfsanə Kamal
Demokrat.az