Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir

DÜNYA 13 iyul 2025, 09:00
İyulun 14-dən etibarən Suriya və Türkiyə arasındakı bütün sərhəd keçid məntəqələri 24 saatlıq iş rejiminə keçir.

Demokrat.az-ın "Al Watan" qəzetinə istinadən məlumatına görə, bu barədə Suriyanın Dəniz və Quru Limanları Baş İdarəsi məlumat verib.

İdarə həmçinin qeyd edib ki, qərar "suriyalıların vətənə qayıtmasını asanlaşdırmaq və ən çox yüklənmə saatlarında sərhəd-keçid məntəqələrinin yükünü azaltmaq məqsədilə" qəbul edilib. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 14:23
Top