553 məhbus azad edilib

DÜNYA 11 mart 2025, 20:10
Məlumata görə, Kuba Ali Məhkəməsi hüquq müdafiəçisi Xose Daniel və fəal Feliks Navarro da daxil olmaqla 553 nəfərin azadlığa buraxıldığını elan edib.

Azad edilənlər arasında 2021-ci il iyulun 11-də keçirilən antiinqilab etirazlarında iştirak edənlər də var.

Bəzi insan haqları nümayəndələri siyasi motivlərlə saxlanılan 200-dən çox məhbusun azadlığa buraxıldığını təsdiqləyiblər.

Məhkumların azad edilməsi qərarından sonra ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası Kubanı terroru dəstəkləyən dövlətlər siyahısından çıxarsa da, vəzifəyə başlayan Donald Tramp Kubanı yenidən terrorizmi dəstəkləyən dövlətlər siyahısına əlavə edib.

Əfsanə Kamal
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top