Bu il Azərbaycanda turizm sektorunun (ictimai iaşə daxil deyil) gəlirlərinin 1,03 milyard ABŞ dollarına çatacağı gözlənilir. Bu barədə "Statista" portalının proqnozunda bildirilib.
Hesablamalara görə, 2025-2029-cu illərdə sektorda illik artım sürəti 4,05% təşkil edəcək. Nəticədə 2029-cu ildə sektorun həcmi 1,2 milyard ABŞ dollarına çatacaq.
Cari ildə ölkənin turizm sektorunun ən mühüm seqmenti 546,1 milyon ABŞ dolları bazar həcmi ilə hotelçilik sənayesi olacaq. 2029-cu ilə qədər Azərbaycanın turizm bazarında ümumi gəlirlərin 74%-nin onlayn satışlardan əldə ediləcəyi proqnozlaşdırılır.
Buna görə, Azərbaycan turizmi nə etməlidir?
Turizm sahəsi üzrə ekspert Əziz Şiriyev bu barədə Demokrat.az-a açıqlama verib. Onun sözlərinə görə, hər bir dövlət çalışır ki, turizmin ayrıca strateji planını yazsın:
“Bizdə də var və bununla bağlı işlər görülür. Bu işlərin çərçivəsində ölkəmizdə müxtəlif festivallar və dünya miqyaslı tədbirlər davamlı olaraq keçirilir. 2024-cü ildə COP-dan sonra dünyada iqlim dəyişikliyi və ekoloji tarazlıq mühüm rol oynayır. Hazırda da bunun şahidiyik ki, 2025-ci ilin fevral ayıdır hələ də Bakıda qar yağmayıb. Bu, iqlim dəyişikliyinin göstəricisidir. Ona görə də sağlamlıq turizmini, xüsusilə insanların sağlam qalması üçün inkişaf etdirmək lazımdır. Daha sonra ekoturizm, aqroturizm, kənd turizmi və digər turizm növləri olduqca vacibdir. Bunların üzərində planlı şəkildə işlər görüləcək. Xüsusən sağlamlıq turizmi əlaqədar olaraq unikal məhsullarımız var. Onları nümayiş etdirmək üçün turizm bloqer və nümayəndələri dəvət olunmalıdır”.
Ekspert əlavə edib ki, bu da ölkəmizi yeni çapda da geniş tanınmasına şərait yaradacaq:
“Bununla yanaşı regionların sosial-iqtisadi inkişafı olaraq aqroturizm və kənd turizminin həm də bütün turizm növləri ekoloji yanaşma ilə irəli sürülməlidir. Yəni, birinci hər zaman məhsulun keyfiyyətli olması düşünülürdüsə, indi artıq məhsulun etibarlı olmağı ilə yanaşı həm də istifadədən sonrakı prosesdə məhsulun zərərli olmamasıdır. Bir sözlə bütün bunlar nəzərə alınmalıdır. Yəni, bir tur paket alınırsa, insanlar bundan bir çox istiqamətdə istifadə etməlidirlər. Bununla da kifayət qədər turist cəlb edə biləcəyik”.
Leyla Turan
Demokrat.az