Azneft dairəsinə "protiv" girən "Galenwagen"in sürücüsü saxlanıldı — FOTO (VİDEO)

HADİSƏ 22 yanvar 2025, 22:02

"Bakının Neftçilər prospektində qaydaların ziddinə gedən "Mercedes-Benz Gelandewagen" avtomobilinin sürücüsü saxlanılıb".

Demokrat.az xəbər verir ki, bu məlumatı Oxu.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli verib.
 

O qeyd edib ki, "Azneft" dairəsi istiqamətində yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla yanaşı, onu çəkib sosial şəbəkə hesabında paylaşan 90-TH-222 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün avtomobili idarəetmə hüququ altı ay müddətinə məhdudlaşdırılıb.

"Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.4-cü (əks istiqamətli hərəkət zolağına çıxaraq nəqliyyat axınına qarşı hərəkət etmə) və 327.7-ci (il ərzində 20 və daha artıq bal toplanmaqla sürücülük hüququnun məhdudlaşdırılması) maddələri əsasında protokol tərtib olunub. Nəqliyyat vasitəsi duracağa yerləşdirilib",- deyə T.Nəsirli bildirib.

Xatırladaq ki, ötən gün "Mercedes-Benz Gelandewagen" avtomobilinin sürücüsününün "Neftçilər" prospektində qoşa xəttin tələbini pozması və həmin qayda pozuntusunu öz sosial hesabında paylaşması barədə məlumat vermişdik.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 sentyabr 2025, 12:26
Top