“Zelenskiyə oğlu Nikolaya görə zəng edib, üzr söhbəti yalandır” — Lukaşenkonun sözçüsü

DÜNYA 06 yanvar 2025, 19:49
Belarus tərəfi Ukrayna prezidenti Volodimir Zelenskinin müharibənin ilk günlərində Aleksandr Lukaşenkonun ondan üzr istədiyi barədə bəyanatını təkzib edib.

Bu barədə Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont bildirib. 

“Belarus prezidenti Zelenskidən heç bir üzr istəməyib, çünki bizim üzr istəməyə heç bir səbəbimiz olmayıb. Hər şeydən əvvəl ona görə ki, Ukrayna, xatırladığımız kimi, hətta Amerika və bütün Qərbi qabaqlayaraq, ilk dəfə Belarusa qarşı sanksiyalar tətbiq edib”, - deyə Eismont vurğulayıb. 

Eysmont izah edib ki, iki ölkə liderləri arasında söhbət yalnız Belarus prezidentinin kiçik oğlu Nikolayın emosional reaksiyası sayəsində baş tutub. Onun telefonunda Zelenskinin telefon nömrəsi olub. 
Onun sözlərinə görə, Lukaşenko Zelenskini danışıqlar masasına oturmağa çağırıb.

 “Prezident Lukaşenko o vaxt və indi əmindir ki, bu münaqişə əsasən Zelenskinin yürütdüyü siyasət ucbatından baş verib. Əgər o, Qərb kuratorlarını daha az dinləsəydi və xalqının maraqlarını rəhbər tutsaydı, o zaman bu müharibədən qaçmaq olardı”, - deyə Eysmont iddia edib.

Qeyd edək ki, amerikalı podkaster Leks Fridmanla müsahibəsində Zelenski bildirib ki, müharibənin ilk günlərində Lukaşenko onunla telefon danışığında hərbi əməliyyatla heç bir əlaqəsi olmadığını bildirib və
Rusiya raketlərinin Belarus ərazisindən Ukraynaya buraxılmasına görə üzr istəyib. Zelenski həmçinin bildirib ki, Lukaşenkonu da qatıl adlandırıb. 

Ukrayna prezidenti onu da qeyd edib ki, bu söhbətinin şahidləri var. (savashmedia.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top