Günəşdə partlayış gözlənilir?

DÜNYA 13 dekabr 2024, 15:46
Yeni tədqiqata əsasən, güclü Günəş partlayışının elektrik şəbəkələrini və peykləri sıradan çıxarma ehtimalı əvvəllər düşünüləndən daha yüksək ola bilər.

Demokrat.az xəbər verir ki, bu barədə "Science" jurnalında dərc olunan məqalədə deyilir.

Günəş partlayışları - Günəş ləkələrindən yayılan elektromaqnit şüalanmasının intensiv artımlarıdır. Bu hadisələr nəhəng enerjini qısa zaman ərzində yayır, işıq sürəti ilə hərəkət edir və bir neçə dəqiqə ərzində Yer atmosferinin və ionosferinin yuxarı qatlarına təsir göstərir. Kiçik Günəş partlayışları bəzən rabitə fasilələrinə səbəb olur.

Ən məşhur və mühüm günəş superpartlayışlarından biri 2 sentyabr 1859-cu ildə baş verən "Kerrinqton hadisəsi" idi. Astronom Riçard Kerrinqton təxminən beş dəqiqə ərzində Günəşdəki ağ işıq partlayışını müşahidə etmişdi. Bu, indiyə qədər qeydə alınmış ən güclü Günəş partlayışı - X45 dərəcəsində qiymətləndirilmişdi. Günəş dövrünün digər ən güclü partlayışı 3 oktyabr 2024-cü ildə baş verən X9.9 olub. Günəş partlayışı təxminən hər əsrdə bir dəfə baş verə bilər.

Tədqiqatçılar belə partlayışların gələcəkdə müasir texnologiyaya daha ciddi təsirlər göstərə biləcəyini vurğulayırlar.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top