Gürcüstan XİN: Xarici dövlətlər gürcü diplomatlarına təzyiqlər edirlər

REGİON 01 dekabr 2024, 19:41
“Xarici dövlətlər gürcü diplomatlarına təzyiqlər edirlər. Bu qəbuledilməzdir.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

“Gürcüstan Xarici İşlər Nazirliyi ölkənin diplomatik xidmətinə edilən təzyiqi və təxribat çağırışını pisləyir. Suveren dövlətin təsisatlarının fəaliyyətinə müdaxilə cəhdləri yolverilməzdir”, - bəyanatda deyilir.

Qeyd edək ki, şənbə günü ( 30 Noyabr – Qeyd) Avropa Parlamentinin üzvləri səs çoxluğu ilə Gürcüstandakı vəziyyətlə bağlı yeni qətnamə qəbul ediblər.

Sənəddə ölkədə keçirilən parlament seçkilərinin nəticələrinin tanınmaması, təkrar səsvermənin keçirilməsi və gürcü siyasətçilərinə qarşı sanksiyaların tətbiqi çağırışları yer alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 dekabr 2024, 10:12
02 dekabr 2024, 09:59
02 dekabr 2024, 09:35
Top