Geyimin cəmiyyətdə əxlaq göstəricisi olub olmaması tez-tez müzakirə olunur. Bəzən tanımadığımız insanlar barədə geyimlərinə görə fikir yürüdürük. Amma xarici görünüş də aldadıcı da ola bilər. İlahiyyatçı, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov sosial şəbəkə hesabında bu məsələyə toxunub. O qeyd edib ki, geyiminə görə bu və ya digər qadını əxlaqsızlıqda ittiham etmək doğru deyil. E.Məmmədovun fikrincə, əxlaqi kimliyin qiymətləndirilməsi bir tək parametrlə deyil, kompleks yanaşma tələb edir: “Geyim tək bir parametrdir, odur ki birbaşa nəyinsə göstəricisi ola bilməz, fərdin həyat tərzi (davranışları, danışığı, başqalarına münasibəti...) sərf-nəzər edilə bilməz. Nəzərə alaq ki, liberal-dünyəvi cəmiyyətlərdə bu gün ayıb sayılan şey sabah ayıb sayılmaya bilir, məhz bu baxımdan müəyyən geyim formasına üstünlük vermək, hər şeydən əvvəl, mövcud vəziyyətə uyğun hərəkət edən fərdin şüurlu, yaxud şüursuz seçimindən başqa bir şey deyildir, yaxud mövcud dəb, yaxud mədəni paradiqmalara uyğun davranmaqdır”, - deyə E.Məmmədov bildirib.
Sosioloq Elçin Bayramlı isə hesab edir ki, geyim faktiki olaraq əxlaq kriteriyasıdır, ancaq yeganə kriteriya deyil. Demokrat.az-a açıqlamasında mövzu ilə bağlı fikirlərini bildirən E.Bayramlının sözlərinə görə bu, bütün cəmiyyətlərdə belə qəbul olunur və normaldır:
“Hər kəsin öz mədəni, əxlaq səviyyəsinə uyğun geyim tərzi var. Peşə sahiblərini də geyimlərinə görə tanımaq olur. Polisin, həkimin, müəllimin öz geyim forması var, fahişənin də fahişə geyimi var. Bizimkilərin örnək, götürdüyü Qərb ölkələrində normal, mədəni, əxlaqlı qadınlar seksual geyim geyinmirlər ki, bu, fahişə geyimidir. Çünki geyim bir tanınma, insanın özünü təqdimetmə nişanıdır. İnsanların normal mədəni geyim forması olmalıdır, vəziyyətə, şəraitə uyğun. Əgər bir insan öz geyimi ilə başqalarını qıcıqlandırırsa, başqalarında ehtiras yaratmağa çalışırsa, bu artıq mənfi məqsəddir. Mədəni səviyyəsi, intellekti olan insan bədən əzalarını reklam etməz, başqalarının gözünə soxmaz. Əgər hər hansı bir geyimin geyinilməsinin səbəbi isti hava, rahatlıqdırsa, müəyyən çərçivələrdə bu, normal qarşılana bilər. Yox, əgər məqsəd qadın və ya kişi olsun, başqalarını özünə cəlb etməkdirsə, bu artıq neqativ haldır”.

Ekspert son dövlər bəzi insanların müasirlik adı altında ifrat davranışlar sərgilədiyini söyləyib:
“Tək geyim məsələsində deyil, bütün hərəkətlər, fəaliyyətlər qeyri-insani bir xarakter daşıyır. Həddən artıq açıq-saçıq geyinmək müasirlik deyil, əksinə qədimilik, ibtidailikdir. Hər yerin öz geyimi var, evdə, çöldə, çimərlikdə, məktəbdə, auditoriyada biz fərqli geyimlərdə oluruq. Bir mədəni qadın belə görə bilmərik ki, şəhərdə seksual geyimdə gəzsin, çünki bilir ki, geyim də digər elementlər kimi onun haqqında ətrafdakılarda fikir formalaşdırır. Heç bir mənəvi dəyəri olmayan insanlar bədənləri, bahalı əşyaları ilə özlərini cəmiyyətdə təqdim edirlər, çünki özlərini intellektləri, mədəniyyətləri, bilikləri ilə ifadə edə bilməzlər.
Hüquqlarımız çoxdur, qanun bizə bu və ya digər formada geyinməyi, hərəkət etməyi qadağan etmir, amma biz özümüz özümüzə sərhəd qoymağı bacarmalıyıq. Hər cəmiyyətin əxlaq normaları, mənəvi dəyərləri var. İnsan öz cəmiyyətinə hörmət etməli, dəyərlərinə, normalarına riayət etməlidir. Bəli, qapalı geyinən insan da əxlaqsız ola bilər, rüşvət ala bilər. Yəni, əxlaqlı insanın göstəricisi bir deyil, amma geyim də bu göstəricilərdən biridir”.
Törə Zeynallı
Demokrat.az