Azərbaycan neftinin qiyməti 4 dollara yaxın azalıb

İQTİSADİYYAT 03 avqust 2024, 10:51
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4 dollara yaxın azalıb.

Demokrat.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,58 ABŞ dolları, yaxud 4,4 % azalaraq 80,7 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 sentyabr 2024, 22:18
11 sentyabr 2024, 21:07
11 sentyabr 2024, 20:10
Top