İnfrastruktur

Bakının mərkəzində nəhəng layihə — 35 milyonluq müqavilə imzalandı

Bakının mərkəzində nəhəng layihə — 35 milyonluq müqavilə imzalandı

Paytaxtda böyük ərazini əhatə edəcək yeni istirahət güşəsinin salınması üçün işlərə start verilib. Layihə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqini tapıb.

Yeni park Nəsimi rayonunun 28 May küçəsindən Xətai rayonundakı Babək prospekti 3 ünvanına qədər uzanacaq. Ümumilikdə 12 hektarlıq sahəni əhatə edəcək tikinti və abadlıq işlərinin icrası "Xezer-Construction" MMC şirkətinə tapşırılıb.

Müqaviləyə əsasən, görüləcək işlərə görə icraçı şirkətə 35 milyon 229 min 641 manat vəsait köçürüləcək. Layihənin ilkin smeta dəyəri bindsən öncə 49 milyon 440 min 118 manat səviyyəsində qiymətləndirilmişdi.

Ərazidəki köhnə tikililərin, mövcud asfalt qatının və dəmir yolu xətlərinin sökülərək təmizlənməsi də nəzərdə tutulan planlara daxildir.

Yəni Bakının mərkəzi hissəsindəki sənaye və nəqliyyat infrastrukturu ləğv edilərək yerində iri istirahət zonası qurulacaq.(ölkə.az)