Sentyabrın 18-dən etibarən yeni "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modellərini əldə etməyə başlayan ilk istifadəçilər Face ID funksiyasının işindəki nasazlıqlardan kütləvi şəkildə şikayətlənirlər.
Demokrat.az xəbər verir ki, "9to5Mac" nəşri də bu problemə diqqət yetirib.
Kilidi aktivləşdirilmiş tətbiqi açmağa cəhd zamanı sistem bəzən istifadəçinin üzünü tanımır. Smartfon bir neçə saniyə dona, daha sonra isə istifadəçini kilid ekranına qaytara bilər.
Digər istifadəçilər funksiyanı quraşdırarkən "Face ID əlçatan deyil" mesajı ilə qarşılaşırlar. Həmçinin identifikasiya zamanı istifadəçinin ekrana baxıb-baxmadığını nəzərə almalı olan "Face ID üçün diqqət tələb et" parametrinin düzgün işləməməsi ilə bağlı şikayətlər də var.
Jurnalistlər problemin azaldılmış Dynamic Island hesabına Face ID-nin infraqırmızı kamerasının ekranın yuxarı sol küncünə köçürülməsi ilə əlaqəli ola biləcəyini ehtimal ediblər. Şəbəkədəki məlumatlara görə, belə yerləşmə ekranın üzərinə mat və ya məxfiliyi qoruyan qoruyucu plyonka yapışdırıldıqda sensorların fasilələrlə işləməsinə səbəb ola bilər.
Bir halda "Apple" şirkətinin dəstək xidməti problemi aparat təminatı ilə əlaqələndirib və alıcıya telefonu dəyişdirməyi təklif edib. Bununla belə, 9to5Mac bu diaqnozun hələ tez olduğunu hesab edir və problemin iOS 27 yeniləməsi ilə aradan qaldırılacağını gözləyir.
Jalə

