Cəmiyyət

İqtisadi sistemin ən böyük düşməni... — Velosipedçinin günahı...

İqtisadi sistemin ən böyük düşməni... — Velosipedçinin günahı...

Dövlət büdcəsi və mövcud iqtisadi sistemlər üçün ən əlverişsiz insan modelinin velosiped sürənlər olduğu bildirilir. Aparılan təhlillər göstərir ki, gündəlik nəqliyyat vasitəsi kimi velosipeddən istifadə edən şəxslər istehlak zəncirindən tamamilə kənarda qalırlar.

Həmin şəxslər avtomobil alışı üçün banklardan kredit götürmür, nəqliyyat vergiləri ödəmir və yanacaq xərclərindən azaddırlar. Bu səbəbdən onların gündəlik hərəkəti dövlət büdcəsinə və ya iri korporasiyalara birbaşa maliyyə axını təmin etmir.

Velosiped sürmək fərd üçün həm büdcəyə qənaət, həm də fiziki sağlamlıq baxımından faydalı hesab olunur. Müntəzəm fiziki hərəkət sayəsində bu şəxslər daha az xəstələnir və dərman preparatlarına demək olar ki, pul xərcləmirlər.

Nəticədə fərdi baxımdan sərfəli və sağlam sayılan bu həyat tərzi iqtisadi sistem üçün minimum istehlak mənasına gəlir.

Yəni velosiped istifadəçiləri az xərc çəkərək və az istehlak edərək mövcud iqtisadi modelin kənarında qalır, öz fərdi müstəqilliyini qoruyurlar.

R
Redaktor