İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı bildirib ki, ölkəsi müdafiə olunmaq üçün güclənmək istəyir.
İran Prezidenti müdafiə olunmaq üçün heç kimdən icazə almadıqlarını təkrarlayıb.
O, İrana qarşı "terrorçu" ittihamlarını da rədd edib.
"Alimlərimizi şəhid etdilər, xalqı, qadınları və uşaqları, heç bir günahı olmayan məsum uşaqları, amma bizə terrorçu deyirlər", Pezeşkian vurğulayıb.
İran Prezidenti çıxışında ABŞ və İsrailin İslam Respublikasına hücum etdiyini də xatırladıb: "Amerika və İsrail bizə hücum etdi, lakin xalqımız güclə ayaqda durdu. Biz yalnız özümüzü müdafiə etmişik. Xalqımız bizə tətbiq edilən hücumların hədəfidir. Biz heç bir xalqı vurmamışdıq, əksinə ölkəmizə hücum edilən əraziləri vurduq.
Qəzzada öz silahları ilə səksən mindən çox insanı qətlə yetirdilər.
Biz iğtişaş amiliyik? Müstəqil olmaq istəyən biz iğtişaş amiliyik, ancaq cinayət törədən onlar sülh carçılarıdır?
Biz heç nə istəmirik, biz cavabımızı tapmışıq və bilirik ki, gücə ehtiyacımız var, çünki gücü olmayan milləti əzirlər".
Pezeşkian vurğulayıb ki, heç kim İran şəhərlərinin bombardman edilməsinin cavabsız qalacağını düşünməsin. (report)

