Şou-biznes

Türkiyəli aktrisanın keçmiş həyat yoldaşı ilə bağlı şiddət iddiaları böyüyür

Türkiyəli aktrisanın keçmiş həyat yoldaşı ilə bağlı şiddət iddiaları böyüyür

Türk aktrisa Neslihan Acarla keçmiş həyat yoldaşı Levent İnanır arasında başlayan mübahisə böyüyür.

Demokrat.az xəbər verir ki, Acar bir neçə gün əvvəl verdiyi açıqlamada 20 illik münasibətləri ərzində İnanırın ona dəfələrlə şiddət tətbiq etdiyini iddia etmişdi.

Aktyor isə bu iddiaları təkzib edib. Acar sosial media hesabında buna belə cavab verib: "14 il əvvəl məni döydü. İstədiyi qədər inkar etsin, hadisədən xəbərdar olan bu qədər şahidə nə olacaq? Bu şiddət hadisəsi bir dəfə deyil, dəfələrlə baş verib".

Acar ailəsinə göndərildiyini bildirdiyi, şiddət görüntülərinin yer aldığı mesajın da gündəmə gəlməsinə toxunaraq baş verənlərin ictimaiyyətə çıxarılmasına görə məsuliyyət daşımadığını bildirib:

"Məni utandırmaq istəyən birinin əlindən bu kozırı aldım. Bunu yaşayan minlərlə qadının olduğunu bilirəm. Heç kimin mənim azad iradəmlə verdiyim açıqlamalara təhdid və ya təzyiq yolu ilə müdaxilə etmək hüququ yoxdur. 44 illik aktyorluq fəaliyyətim boyunca doğru bildiklərimi demişəm və bundan sonra da deyəcəyəm".

Aktrisa həmçinin ayrıldıqdan sonra qızı Öykü ilə bağlı 2018-ci ildə yenidən bir araya gəldikləri zaman da şiddət gördüyünü iddia edib.

Jalə

B
Qeyd edilməyib