Məşhur müğənni Teylor Svift həyat yoldaşı, amerikalı futbolçu Travis Kelcenin "Kansas City Chiefs" forması ilə meydana çıxdığı oyunda yaşadığı sevinclə diqqət çəkib.
Demokrat.az xəbər verir ki, "Kansas City Chiefs"in "Indianapolis Colts"la qarşılaşmasını tribunadakı xüsusi lojadan izləyən Svift, Kelcenin mövsümdə ilk qolunun qeydə almasından sonra kameralara tuş gəlib.
36 yaşlı sənətçi həyat yoldaşının uğuruna böyük coşqu ilə reaksiya verib. O, barmağındakı nikah üzüyünü göstərərək "O mənim ərimdir!" ifadəsini işlədib.
Svift oyunu valideynləri Skott və Andrea Svift, həmçinin Kelcenin anası Donna Kelce ilə birlikdə izləyib. Onların yanında Hollivud ulduzu Tom Kruzun da olduğu bildirilib. Müğənni qarşılaşmaya həyat yoldaşının komandası "Chiefs"in adı yazılmış geyimdə gəlib.
Taylor Svift və Travis Kelcenin münasibəti 2023-cü ilin sentyabrında, müğənninin "Chiefs"in oyunlarından birini Kelcenin anası ilə birlikdə stadiondan izləməsindən sonra geniş gündəmə gəlmişdi. Cütlük daha sonra stadiondan əl-ələ ayrılarkən görüntülənib və münasibətləri rəsmən diqqət mərkəzinə keçib.
İki illik münasibətdən sonra cütlük 2025-ci il avqustun 26-da nişanlandıqlarını açıqlayıb. Daha sonra iyul ayında təxminən 1000 nəfərin qatıldığı mərasimlə nikah masasına oturduqları bildirilib.
Svift və Kelcenin evliliyindən sonra da cütlük ictimai tədbirlərdə və "Chiefs"in oyunlarında birlikdə görünməklə diqqət çəkməyə davam edir.




Jalə

