Türk kinosunun tanınmış aktrisalarından Şərif Sezer 27-ci Sadri Alışık Teatr və Kino Aktyor Mükafatları mərasimində yaşadığı narahatlıqla diqqət çəkib.
Demokrat.az xəbər verir ki, 83 yaşlı aktrisa qızı Deniz Arna ilə birlikdə qatıldığı tədbirdə qırmızı xalçada jurnalistlərə müsahibə verməyə hazırlaşarkən qəfil özünü pis hiss edib.
Vəziyyəti görən qızı dərhal anasının köməyinə gəlib. Ürəyini tutduğu görünən Şərif Sezer daha çox yorulmaması üçün qızı tərəfindən qırmızı xalçadan uzaqlaşdırılıb. Hadisə ətrafdakılar arasında narahatlıq yaradıb.
Bir müddət sonra özünü toparlayan aktrisa səhhətinin yaxşı olduğunu bildirib. Yaşadığı anı izah edən Sezer, qəfil təzyiqinin qalxdığını və gözlərinin qaraldığını deyib.
"Mən də anlamadım. Bir anda təzyiqim qalxdı, gözlərim qaraldı", deyə aktrisa bildirib.
Şərif Sezerin vəziyyətinin yaxşı olduğu açıqlanıb.




Jalə Demokrat.az

