Demet Akalın konsert zamanı yaşadığı hadisədən sonra sosial media hesabında paylaşım edib.
Demokrat.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, müğənni konsert zamanı tamaşaçıların arasına düşərkən bir kişinin arzuolunmaz fiziki təmasına məruz qalıb. Hadisədən sonra Akalın mühafizəçilərə və polisə müraciət edib.
Müğənni daha sonra hadisə ilə bağlı açıqlamasında həmin şəxsin bir neçə dəfə ona yaxınlaşdığını və "Get" deməsinə baxmayaraq, geri qayıtdığını bildirib. Akalın sözlərinə görə, o, həmin şəxsi iki dəfə itələyib.
Hadisə zamanı Akalının həyat yoldaşı Okan Kurtun həmin şəxsə müdaxilə etdiyi, daha sonra isə təhlükəsizlik əməkdaşlarının olaya qarışdığı bildirilib.
Hadisədən sonra sosial media hesabında paylaşım edən Akalın "Bir ulduzam, göydə parlayıram, hadi, asandırsa, əvvəl gəlib məni buradan endirsinlər. Məni çəkə bilməyənlər şəklimi çəksin. Altında yazsın: aləmdə təksən" ifadələrini yazıb.
Akalın bundan əvvəl konsertdən əvvəl jurnalistlərə açıqlamasında Bodrumda bədbəxt hadisə keçirdiyini də bildirib. O, sürüşərək yıxıldığını, omba nahiyəsindən müalicə aldığını və iynə vurdurduğunu deyib.
Müğənni musiqi fəaliyyətinin 30-cu ildönümünü qeyd etməyə hazırlaşdığını, hazırda konsertlərdən daha çox yeni mahnılara fokuslandığını bildirib.
Jalə

