Xarici siyasət

İran səfiri: Ermənistan və Azərbaycanın gücü bərabər olmalıdır

İran səfiri: Ermənistan və Azərbaycanın gücü bərabər olmalıdır

"Realist yanaşsaq, əgər həqiqətən regionda sabit və davamlı sülhə nail olmağa çalışırıqsa, Ermənistan və Azərbaycan arasında real güc balansını təmin etməliyik. Bu, olduqca vacibdir".

Demokrat.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqulami deyib.

"Sülh haqqında danışmaq yaxşı və faydalıdır, amma yalnız ritorika ilə sülh yaratmaq və onu qorumaq mümkün deyil", - o bildirib.

Şirqulami qeyd edib ki, İran regionda "yeni güc balansı"nın yaradılmasına çalışır və bu, "uzunmüddətli sülhün yeganə real təminatı"dır. Onun iddiasına görə, bu "balans" olmadan vəziyyət kövrək olaraq qalacaq, regionda sülhün təmin edilməsi üçün yalnız istək kifayət etmir:

"Status-kvo və ya regiondakı mövcud vəziyyət məhz sülhün əsası olmalıdır və hansısa geosiyasi dəyişiklik qəbuledilməzdir: bu, İranın fundamental mövqeyidir. Ərazi və geosiyasi baxımdan status-kvo mütləq qorunmalıdır". (teleqraf.az)

B
Qeyd edilməyib