2026-cı ilin payızında beş bürcün həyatında şəxsi münasibətlər və maliyyə məsələləri ilə bağlı mühüm dəyişikliklərin baş verə biləcəyi iddia olunur.
Demokrat.az xəbər verir ki, bu barədə "YourTango" yazıb.
Astroloq Meyin proqnozuna görə, Veneranın Əqrəb bürcündə olduğu dövr – 25 oktyabr 2026-cı ilədək – bəzi bürclər üçün münasibətlər, karyera və maddi vəziyyət baxımından dönüş nöqtəsinə çevrilə bilər.
Əqrəb
Veneranın Əqrəbdə olması bu bürcün nümayəndələrini sevgi və maliyyə məsələlərində daha diqqətçəkən edə bilər. Astroloqun fikrincə, çətin keçən bir neçə ildən sonra Əqrəblər qarşılarına çıxan yeni imkanlardan yararlana bilərlər. Yeni romantik tanışlıqlar və maliyyə perspektivləri gündəmə gələ bilər. Eyni zamanda münasibətlərə, şəxsi zövqlərə və tərəfdaş seçimlərinə baxış dəyişə bilər.
Buğa
Buğalar üçün dövr daha çox özünü tanıma və şəxsi həyatda dəyişikliklərlə əlaqələndirilir. Veneranın təsiri yeni insanla tanışlıq və ya mövcud münasibətlərin yeni mərhələyə keçməsi ilə nəticələnə bilər. Bununla yanaşı, karyera planları və gələcəklə bağlı ambisiyalar da yenidən nəzərdən keçirilə bilər. Astroloq Buğalara həyatlarında inkişaf etmələrinə imkan verən insanlarla münasibətlər qurmağı tövsiyə edir.
Tərəzi
Tərəzilər üçün əsas dəyişikliklərin maliyyə sahəsində olacağı bildirilir. Bu dövr maddi imkanların artması, öz bacarıqlarını daha yaxşı nümayiş etdirmək və maliyyə problemlərindən uzaqlaşmaq baxımından əlverişli hesab olunur. Astroloqun fikrincə, Tərəzilər öz dəyərlərini göstərməkdən çəkinməməli və bacarıqlarını daha inamlı şəkildə ortaya qoymalıdırlar.
Şir
Şirlərdə dəyişikliklər əsasən ev və ailə həyatında özünü göstərə bilər. Yaşayış məkanının yenilənməsi, evdə dəyişikliklər və qonaqlıqlar gündəmə gələ bilər. Emosional baxımdan gərgin ayların ardından daha sakit mərhələnin başlayacağı proqnozlaşdırılır. Münasibətlər sahəsində isə Şirlər öz hisslərini və davranışlarını daha dərindən analiz edə bilərlər.
Dolça
Dolçalar üçün isə əsas mövzu karyera və şəxsi transformasiya olacaq. Astroloq bu bürcün nümayəndələri üçün yüksəliş, peşəkar uğur, tanınma və ətrafdakıların diqqətinin artmasını proqnozlaşdırır. Bununla yanaşı, Dolçalar uğur anlayışlarına yenidən baxa və əvvəlki məqsədlərinin artıq onlara uyğun olmadığını dərk edə bilərlər.
Jalə

