Azərbaycanın xeyrinə dövlətə xəyanətdə ittiham olunan Ermənistanın Avstriyadakı keçmiş konsulu Aşxen Aleksanyan barəsində açılmış cinayət işi yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilib.
Demokrat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ermənistanın Apellyasiya Cinayət Məhkəməsi prokurorluğun bununla bağlı vəsatətini təmin edib.
Ermənistan Baş Prokurorluğunun məlumatında bildirilir ki, Cinayət Apellyasiya Məhkəməsi 22 sentyabr 2026-cı il tarixli qərarı ilə prokurorun apellyasiya şikayətini təmin edib: "Cinayət işi yenidən araşdırılması üçün səlahiyyətli birinci instansiya məhkəməsinə göndərildi".
Qeyd edək ki, Aleksanyan 23 aprel 2026-cı ildə bu maddə üzrə bəraət alıb və məhkəmə tərəfindən səlahiyyətlərindən sui-istifadə maddəsi ilə iki il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Xatırladaq ki, Ermənistanın Avstriyadakı keçmiş konsulu olan Aşxen Aleksanyan 29 avqust 2025-ci ildə ölkəsinə qayıdarkən saxlanılıb. O, Azərbaycana casusluqda ittiham edilib. Ermənistan mətbuatının iddiasına görə, Aleksanyan azərbaycanlı şəxslə "sevgili" olub.

