Hadisə

Gəncədə 32 yaşlı şəxs güllələndi

Gəncədə 32 yaşlı şəxs güllələndi

Gəncədə güllələnmə hadisəsi baş verib.

Hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 1994-cü təvəllüdlü Zülfüqar Əsgərov güllə yarası ilə xəstəxanalardan birinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma başlanılıb. (Qafqazinfo)

JD
Jalə Davud