Baş naziri təhqir edən jurnalist cərimələndi

DÜNYA 20 iyul 2024, 16:13
Milanda məhkəmə jurnalisti İtaliyanın baş naziri Corca Meloniyə 5 min avro təzminat ödəməyə məcbur edib.

Demokrat.az ANSA-ya istinadla xəbər verir ki, buna səbəb jurnalistin sosial şəbəkədəki paylaşımında onu ələ salmasıdır.

Culiya Korteze 2021-ci ilin oktyabrında X-də Meloninin boyuna lağ edib.

BUna görə də jurnalist 1200 avro cərimələnib.

Meloni 3 il əvvəl sosial şəbəkədə mübahisə etdikdən sonra jurnalisti məhkəməyə verib.

O zaman Meloninin ifrat sağçı “İtaliya Qardaşları” partiyası müxalifətdə olub. Korteze onun Benito Mussolini ilə eyni fonda şəklini paylaşıb. “Sən məni qorxutmursan, Corca Meloni. Axı sənin boyu cəmi 1,2 metrdir. Mən səni heç görə bilmirəm".

Bəzi KİV-lərin məlumatına görə, Meloninin boyu 158 sm-dir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top