Ermənistan MN-də ABŞ ordusunun nümayəndəsi işləyəcək

DÜNYA 18 iyul 2024, 12:23
Ermənistanın Müdafiə Nazirliyində ABŞ ordusunun nümayəndəsi fəaliyyət göstərəcək.

Demokrat.az
xəbər verir ki, bunu “Hetq” portalına açıqlamasında ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan hüquqları məsələləri üzrə müavini Uzra Zeya bildirib. 

Onun sözlərinə görə, bu, Ermənistanla ABŞ arasında ikitərəfli münasibətlərdə yeni strateji mərhələnin başlamasından xəbər verir. 

Qeyd edək ki, bundan əvvəl, ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvin qeyd edib ki, iki ölkə təhlükəsizlik və müdafiə məsələləri ilə bağlı çox fəal müzakirələr aparırlar.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top