ABŞ-da sevgilisini vəhşicəsinə öldürdüyü üçün ömürlük həbs cəzası alan qadın həbsxanada yaratdığı sənət əsərləri ilə sərvət qazanıb.
Demokrat.az xəbər verir ki, sevgilisi Travis Viktor Aleksandrın həyatına son qoyan Codi Ann Arias 2013-cü ildən ömürlük həbs cəzası çəkir.
Amma Arias indi rəssam həyatını yaşayır. Yeganə fərq onun dəmir barmaqlıqlar arxasında olmasıdır.
Onun əsərləri minlərlə dollara satılır. Hətta bəzi əsərləri 2500 dollara satılır.
Əsərləri onun adına açılan internet saytında və sosial şəbəkələrdə sərgilənərək satışa çıxarılır.
O, əsərlərindən qazandığı gəlirin 10 faizini bağışlayır. Qazandığı pulun bir hissəsini yenidən məhkəməyə müraciət etmək üçün toplayır.
Ariasın sənəti və qazancı birbaşa törətdiyi qətllə bağlı olmadığı üçün onun heç bir hüquqi maneəsi yoxdur.
Əfsanə Rəcəb
Demokrat.az