Avtobus və sərnişin qatarı toqquşdu: 5 nəfər öldü

DÜNYA 28 iyn 2024, 10:33
Slovakiyanın Nove Zamki bölgəsi yaxınlığında avtobusla sərnişin qatarının toqquşması nəticəsində 5 nəfər ölüb, 5 nəfər isə yaralanıb. 

Demokrat.az xəbər verir ki, qəzaya uğrayan qatarın Çexiyanın paytaxtı Praqadan Macarıstanın paytaxtı Budapeştə getdiyi bildirilib.

Qəzadan sonra hadisə yerinə çox sayda yanğınsöndürən, xilasetmə və sağlamlıq qrupu göndərilib. 

Hadisə ilə bağlı araşdırma başlanılıb. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top