Avropa İttifaqı Rusiyadan dəmir idxalını artırdı

DÜNYA 03 iyn 2024, 20:25
Avropa Birliyi ölkələrinin Rusiyadan dəmir, polad və alüminium idxalında əhəmiyyətli artım müşahidə olunub. 

Demokrat.az 
xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.

Məlumata görə, Rusiya mart ayında Aİ-nin ikinci ən böyük dəmir və polad tədarükçüsü olub.

Belə ki, Aİ ölkələrinin Rusiyadan dəmir və polad idxalı mart ayında 1,7 dəfə artaraq 328 milyon avroya çatıb. 

Bu, 2023-cü ilin may ayında 369 milyon avro dəyərində idxaldan sonra əldə edilən ən yüksək məbləğdir. 

Qeyd edək ki, idxalını ən çox artıran ölkələr arasında İspaniya (69 faiz) və Polşa (21 faiz) da var.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top