Astarada qonaq olan Əfqanıstan vətəndaşı ölüb

HADİSƏ 26 may 2024, 15:08
Astarada qonaq olan Əfqanıstan vətəndaşı ölüb.

“Report”un Cənub bürosunun məlumatına görə, ölüm hadisəsi rayonun Pəlikeş kəndində qeydə alınıb.

Belə ki, Bakı şəhərində yaşayan Əfqanıstan vətəndaşı, 1956-cı il təvəllüdlü Mohammad Rasul Fahimi Astaranın Pəlikeş kəndində qohumlarının evində qonaq olub.

Ölümün nədən baş verdiyi hələlik məlum deyil. Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün səbəbi məlum olacaq.

Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top