Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var

DÜNYA 17 may 2024, 23:34

Rusiyanın Sankt-Peterburq şəhərində S.M.Budyonnı adına Hərbi Rabitə Akademiyasının təsərrüfat ərazisində partlayış baş verib, bir neçə hərbçi xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə Leninqrad Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, hadisə akademiyanın zirzəmilərdən birinin təmizlənməsi zamanı baş verib. Partlayış nəticəsində yeddi hərbçi yaralanıb. Zərərçəkənlərin hamısı Rusiya Müdafiə Nazirliyinin Tibb Müəssisəsinə aparılıb və onlara tibbi yardım göstərilir.

Hadisəyə səbəb İkinci Dünya Müharibəsi dövründən qalmış 76 mm-lik döyüş sursatının partlaması olub. Leninqrad Hərbi Dairəsi komandanlığının nümayəndələri hadisənin başvermə səbəbini və şəraitini aydınlaşdırmaq üçün ərazidədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top