“Prezident xanımı olmaq istəməzdim”

DÜNYA 16 may 2024, 23:00

Ukraynanın birinci xanımı Yelena Zelenskaya özünün və övladlarının müharibə başlayandan sonrakı həyatından danışıb.

Konkret.az xarici mediaya istinadən xəbər verir ki, Yelena Zelenskaya 11 yaşlı oğlu Kirill və 19 yaşlı qızı Aleksandranın gələcəyi ilə bağlı planlarını bölüşüb.

Prezident xanımı olmaq arzusunda olmadığını etiraf edən Yelena Zelenskaya övladlarının və bütün ukraynalıların itirilmiş illərinə görə təəssüfləndiyini vurğulayıb.

Onun sözlərinə görə, qızı Aleksandra hazırda yalnız dərslərinə diqqət yetirir, lakin gələcəklə bağlı planları yoxdur: “Bu, ana kimi mənim üçün kədərlidir”.

Amma məlum olub ki, Zelenskilərin oğlu gələcək peşəsi ilə bağlı artıq qərarını verib. “Oğlum Rusiyanın bizə atdığı raketlərin bütün növlərini bilir. O, onların sürətini də hesablaya bilir. Kaş, oğlum musiqiyə, incəsənətə, idmana maraq göstərəydi, orduda və ya aviasiyada xidmət etmək arzusunda olmayaydı”.

Ukraynanın birinci xanımı deyib ki, indi o, nadir hallarda “normal həyat”ı hiss edə bilir, çünki hər dəfə uşaqları ilə birlikdə hava hücumu siqnalı ilə reallığa qayıdırlar və zirzəmidə gizlənirlər: “Səhər uşaqları məktəbə hazırlayıram və biz yaşamağa davam edirik, amma müharibənin təzyiqi həmişə mövcuddur. Həyat normal deyil”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top