Paşinyanla Blinken telefonla danışdı

DÜNYA 28 apr 2024, 21:45

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin dövlət katibi Entoni Blinken telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi məlumat yayıb.

Bildirilib ki, tərəflər aprelin 5-də Brüsseldə üçtərəfli görüşdə əldə olunmuş razılaşmaların icrasını, həmçinin İrəvan və Bakı arasında danışıqlar prosesini müzakirə ediblər.

Telefon danışığı zamanı qeyd olunub ki, Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin delimitasiyası Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına yol açır. Baş nazir Azərbaycanla sərhədin delimitasiyası prosesini müsbət qiymətləndirib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top