Qazaxıstan təyyarələri İrandan yan keçməklə uçacaqlar

DÜNYA 14 apr 2024, 14:46
“Air Astana” İranın hava məkanından yan keçməklə BƏƏ və Səudiyyə Ərəbistanına uçuşlar həyata keçirəcək.

Demokrat.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

“Sərnişinlərin və ekipajların təhlükəsizliyini təmin etmək üçün “Air Astana”nın Dubay və Ciddə reysləri İranın hava məkanından yan keçəcək. Biz Yaxın Şərqdəki vəziyyəti diqqətlə izləyir və lazım gələrsə, marşrutlara dəyişikliklər edəcəyik”, - deyə məlumatda bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top