ABŞ Yəməndəki husi hədəflərinə hücum edib

DÜNYA 28 mar 2024, 18:30
Amerika Birləşmiş Ştatları Yəməndə Husilərin nəzarətində olan ərazilərə hücum təşkil edib.

Demokrat.az
xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayıb.

Açıqlamada, husilərin ABŞ-nin bir döyüş gəmisini hədəfə aldığı bildirilib. 

Bundan əlavə hücuma müdafiə xarakterli qarşılıq verildiyi vurğulanıb.

Belə ki, husilərin nəzarətində olan ərazilərdə 4 PUA sisteminin vurulduğu və bu hücumun təhlükəsizliyi qorumaq üçün edildiyi bildirilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top