Zaxarova: “Fransanın Ermənistanın təhlükəsizliyini təmin edəcəyinə inanmaq sadəlövhlükdür” (VİDEO)

DÜNYA 13 mar 2024, 22:11
“Fransanın Ermənistanın təhlükəsizliyini təmin etməyə qadir olduğuna inanmaq sadəlövhlükdür, əks halda Paris bu gücündən müqavilə yolu ilə öhdəlik götürdüyü və maddi qarşılıq aldığı ölkələrdə istifadə edərdi”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə bildirib.

Zaxarova xatırladıb ki, Fransa ən kritik anda müttəfiqlərini tərk edib:

“Məsələn Fransanın Afrikadakı missiyaları uğursuz olub. Yəni Fransanı müttəfiqləri ilə yalnız dostluq və sevgi bağlamır, həm də qorumaq müqabilində maddi qarşılıq alır. Lakin bununla belə Paris ən çətin zamanlarda belə müttəfiqləri dar gündə tək qoyan ölkədir”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top