İran ABŞ-yə 2,5 milyard dollar təzminat cəzası verdi

DÜNYA 12 mar 2024, 22:10
İran məhkəməsi ABŞ-ni 2008-ci ildə Şiraz şəhərində törədilən terror aktında rol aldığı iddiası ilə 2,5 milyard dollar təzminat cəzasına məhkum edib.

Demokrat.az
xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi “İRNA” məlumat yayıb.

Bildirilib ki, məhkəmə terror aktı qurbanlarının qohumları da daxil olmaqla 116 nəfərin açdığı iş üzrə ABŞ hökumətinin cəza təzminatının ödənilməsinə qərar verib. 

Qərarda 2008-ci ildə Şirazda 14 nəfərin həyatını itirdiyi terror aktını ABŞ-də yerləşən “Tonder” və “İran Krallığı Məclisi” kimi tanınan anti-rejim qrupunun təşkil etdiyi bildirilib.

Həmçinin, ABŞ Hökuməti təşkilata dəstək verdiyi iddiasıyla 2 milyard 478 milyon dollar təzminat cəzasına məhkum edilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top