Zelenski Rusiya ilə müharibədə həlak olan ukraynalı hərbçilərin sayını açıqlayıb

DÜNYA 25 fevral 2024, 20:59

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiya ilə müharibədə həlak olan hərbçilərinin sayını açıqlayıb.

Report-un Şərqi Avropa bürosunun əməkdaşının Ukrayna Prezidentinin mətbuat konfransından verdiyi məlumata görə, Zelenski bildirib ki, müharibədə 31 min ukraynalı hərbçi həlak olub.

"Rusiya ordusu isə 180 min nəfər hərbçi itirib", - o əlavə edib.

Zelenski həmçinin qeyd edib ki, Ukrayna bu müharibədə uduzmayacaq, başqa alternativ yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top