Putin indiyədək gördüyü ən gözəl yerdən DANIŞDI

DÜNYA 06 sen 2019, 17:59

Rusiya Prezidenti Vladimir Putin Kamçatkanı ölkənin ən gözəl yeri adlandırıb.

 

Demokrat.az-ın məlumatına görə, rusiyalı lider dünyada Kamçatkadan gözəl başqa bir yer görmədiyini deyib.
 

V.Putin yarımadanı hətta "brilliant" adlandırıb.
 

Qeyd edək ki, soyuq iqlimə malik Kamçatka yarımadası Rusiyanın şərqində yerləşir. Komandor adaları və Karagin adası ilə birlikdə Kamçatka diyarını təşkil edir. Ən böyük şəhəri balıqçılıq limanı olan Petropavlovsk-Kamçatskdır.(İnteraz)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top