Bu gün "Qarabağ" "Braqa"nın qonağı olacaq

İDMAN 15 fev 2024, 08:59
"Qarabağ" bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.

Demokrat.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada "Braqa"nın qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü Danimarkadan olan Morten Kroq idarə edəcək.

UEFA Avropa Liqası

15 fevral

00:00. "Braqa" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan)

Baş hakim:
Morten Kroq (Danimarka).
Braqa, "Estadio Municipal de Braga".

Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top