Bu şirkətə 130 milyon dollar cərimə kəsildi

DÜNYA 09 fev 2024, 19:43
ABŞ-də qablaşdırılmış su satışı ilə məşğul olan şirkət qaraciyər xəstəliyindən əziyyət çəkdiklərini iddia edən şəxslər tərəfindən məhkəməyə verilib.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Nevada əyalətinin Məhkəməsi "Real Water" markalı suyun qaraciyər xəstəliklərinə səbəb olması iddiası ilə bağlı açılan iddialarla bağlı qərar verib. 

Suyun analizində raket yanacağında istifadə edilən kimyəvi hidrazinin aşkar edildiyi açıqlanıb.

Bununla da, iddiaçılara 30 milyon dolları maddi, 100 milyon dolları isə mənəvi olmaqla ümumilikdə 130 milyon dollar təzminat ödənilməsinə qərar verilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top