Astarada 6 yaşlı uşaq qızılcadan öldü

HADİSƏ 08 fev 2024, 12:19
Astarada 6 yaşlı uşaq ölüb.

Demokrat.az xəbər verir ki, Astara rayonunun Maşxan kənd sakini, 2018-ci il təvəllüdlü Y.Ə. qızılca xəstəliyindən ölüb.

Yaxınlarının bildirdiyinə görə, azyaşlı 4 gün əvvəl Astara rayon mərkəzi xəstəxanasına çatdırılıb, ona qızılca diaqnozu qoyulub, ambulator müalicə üçün evə buraxılıb. Dünən uşağın vəziyyəti yenidən pisləşib. Onu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırmaq istəsələr də, uşaq yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top