Braziliyada fövqəladə vəziyyət elan edildi

DÜNYA 15 yan 2024, 21:24
Braziliyanın Rio-de-Janeyro şəhərində sel nəticəsində 11 nəfər həyatını itirib.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Braziliyanın Rio-de-Janeyro şəhərində daşqınlar baş verib. 

Həftə sonu yağan yağışların səbəb olduğu sel nəticəsində 11 nəfər həyatını itirib. 

Şəhərdə metro stansiyaları, mağazalar və evlər su altında qalıb, ağaclar aşıb. Bəzi ərazilərdə sürüşmə baş verib. 

Həmçinin şəhərdə fövqəladə vəziyyət elan olunduğu açıqlanıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top