Pakistanda törədilən partlayışda 5 əsgər həlak olub

DÜNYA 14 yan 2024, 20:59

Pakistanın cənub-qərbində partlayıcı qurğunun işə düşməsi nəticəsində 5 əsgər həlak olub.

Bu barədə AP ölkə ordusunun bəyanatına istinadən xəbər verib.

Əsgərlər Bəlucistanın Keç rayonunda keçirilən əməliyyat zamanı silahlı şəxslərin təhlükəsizlik qüvvələrinin maşınında əldəqayırma partlayıcı qurğunu işə salması nəticəsində həlak olublar.

Ordunun məlumatına görə, atışma zamanı üç terrorçu öldürülüb. Məlumatda bildirilir ki, ərazidə silahlıların aşkarlanaraq məhv edilməsi istiqamətində əməliyyat keçirilib.

Hücuma görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.(report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top