"Mahir Ay Brat"ın məhkəməsi keçirildi — FOTO

KRİMİNAL 28 noy 2023, 16:41
Bakıda külli miqdarda qanunsuz narkotik saxlamaqda ittiham olunan meyxanaçı, "Mahir Ay Brat" ləqəbi ilə tanınan Mahir Qonşuyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə məlum olub ki, iclasda tərcüməçi iştirak etmir. Bu səbəbdən məhkəmə iclası dekabrın 12-dək təxirə salınıb.

Qeyd edək ki, meyxanaçının saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib.

Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top