Nazirlər Kabineti avqustun 26-da “Binalar üçün minimum enerji effektivliyi Normaları”nı təsdiqləyib.
Energetika Nazirliyindən bildirilib ki, enerji effektivliyi nəzərə alınmaqla tikinti norma və qaydalarının təkmilləşdirilməsi yeni binaların enerjiyə qənaətli şəkildə tikilməsinə gətirib çıxaracaq.
Belə ki, enerji qənaətli binalar bina mülkiyyətçilərinin, idarəçilərinin və sakinlərin enerji xərclərini azaltmaqla yanaşı, ölkənin enerji resurslarına da qənaəti təmin edir və enerjinin istehsalı və istehlakı zamanı yaranan istixana qazlarının havaya atılmasını azaldır.
Enerji məsələri üzrə ekspert İlham Şaban Demokrat.az-a açıqlamasında deyib ki, yeni normaların nə dərəcədə işə yaradığını bir neçə il sonra biləcəyik:
“Ölkədə 12 mərtəbəli bir yaşayış binası orta hesabla iki ilə tikilib qurtarır, bir müddət sonra da sakinlər binaya köçür. Yəqin ki, praktikada bunun nə ilə nəticələndiyini ən tez üç il sonra görəcəyik. Çox adam heç bilmir ki, ərzağa nə qədər pul xərcləyir, hər ay nə qədər işıq, qaz, su işlədir. Yeni binalarda enerji effektivliyinin necə işləyəcəyini indidən deyə bilmərik. Nazirlər Kabineti yeni qərar imzalayıb, lakin bunun həyata keçirilməsi kompleks tədbirlər tələb edir.
El arasında “ağ işıq” deyilən lampalar var, ondan daha baha olan led işıqlar var. Vətəndaşlar bunlardan istifadə edəcəkmi? Bu cür işıq sistemi enerjiyə qənaət edir”.

Ekspertin sözlərinə görə, bu sahədə təcrübəyə və mütəxəssislərə ehtiyac olacaq:
“2005-ci ildə Avropa Parlamentində enerji effektivliyilə bağlı qanun qəbul edildi. Bundan sonra binaların tikintisi zamanı riayət olunan normativ sənədlər dəyişdirildi. Bu da təxminən iki il vaxt aldı. İstiliyi saxlayan və soyuğa davamlı pəncərələr, onların hansı qalınlıqda olması – çox detallar var. Hansısa tikinti şirkətinin bina tikməsi ilə iş bitmir. Təcrübə lazımdır. Mütəxəssislər yetişməlidir. Təxminən 90-cı illərdə Səngəçal terminalı tikilən zaman işçilər üçün müvəqqəti evciklər salınmışdı, onlar da kondisionerlə təmin olunmalıydı. BP şirkəti elan vermişdi ki, havalandırma sistemi üzrə təhsili olan mühəndislər, texniklər lazımdır. Yüzlərlə adam müraciət etmişdi ki, “kondisioner ustasıyıq”, nə təhsilləri vardı, nə sənədləri. Dubaydan mütəxəssislər gətirildi, daha sonra yerli işçilərə də işi öyrətdilər”.
Törə Zeynallı
Demokrat.az