Diqqətimizi Qərbə yönəldəcəyik — BƏƏ

DÜNYA 28 avqust 2023, 19:59
"BRİKS-də iştirakımız Qərb ölkələri ilə münasibətlərimizə xələl gətirməyəcək".

Demokrat.az
xəbər verir ki, bu fikirləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdullah bin Tavk əl-Merri "Bloomberg" televiziyasına müsahibəsində bildirib.

O deyib ki, ölkəsinin BRIKS-ə üzv olması ilə ticarətin inkişaf edəcəyinə ümid edir: 

"BƏƏ-nin BRİKS-də iştirakı Qərb ölkələri ilə əlaqələrinə xələl gətirməyəcək. BRIKS-də iştirak BƏƏ-nin dünyaya təklif etdiyi plüralizmin dəstəklənməsinə də töhfə verəcək. Əlimizdə böyük bir iş var və diqqətimizi Qərbə yönəldəcəyik. Bununla ticarətimizin də inkişaf edəcəyinə ümid edirəm ”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 yanvar 2025, 23:37
Top