Quba rayonunda 1992-ci il təvəllüdlü Şükür şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qaynanası Qurbana (adlar şərti verilib – red) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin aprelin 8-də Quba rayonunun kəndində baş verib.
Şükür qaynatasının yaşadığı evin həyətinə gəlib və onunla şəxsi münasibətlər zəminində mübahisə edib.
Yaranmış mübahisə zamanı Qurbanın sifət nahiyəsindən qəsdən bir neçə dəfə yumruqla vurub.
Hadisəni törədən Şükürün barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şükür ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, aprelin 8-də, təxminən saat 00.10-da ailəsi ilə qaynatasının yaşadığı evə gəlib:
“Evin həyətində qaynatam ilə aramızda şəxsi münasibətlər zəminində mübahisə yarandı. Yaranmış mübahisə zamanı qayınatama fiziki qüvvə tətbiq edərək yumruqla onun sifət nahiyəsinə bir neçə dəfə yumruqlarla vurdum”.
Quba rayon Məhkəməsinin hökmü ilə Şükür aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az