Özəl

Süni intellekt dünyanın ən çox nifrət edilən 10 futbol klubunu açıqladı

Süni intellekt dünyanın ən çox nifrət edilən 10 futbol klubunu açıqladı

Dünyada futbol azarkeşləri arasında ən çox müzakirə olunan və rəqib fanatların mənfi münasibəti ilə qarşılaşan klublarla bağlı siyahı hazırlanıb.

Demokrat.az xəbər verir ki, siyahı süni intellektin müxtəlif klubların imici, tarixi hadisələri, transfer siyasəti və azarkeş mədəniyyəti ilə bağlı təqdim edilən məlumatlar əsasında hazırladığı qiymətləndirməyə əsaslanır.

Siyahıda aşağıdakı klubların adları yer alıb:

1. "Mançester Yunayted"

Klubun uğurlu dövrləri, böyük azarkeş kütləsi və hakim qərarları ilə bağlı mübahisələr onun rəqib fanatlar tərəfindən tənqid edilməsinə səbəb kimi göstərilib.

2. "Real Madrid"

"Qalaktikos" siyasəti, ulduz futbolçulara böyük məbləğlər xərcləməsi və UEFA ilə bağlı üstünlük əldə etdiyi barədə formalaşan ictimai təsəvvür klubun mənfi qarşılanmasının səbəbləri sırasında qeyd olunub.

3. "Mançester Siti"

Böyük maliyyə imkanları, maliyyə qaydaları ilə bağlı araşdırmalar və klubun azarkeş bazası ilə bağlı tənqidlər siyahıya salınmasının əsas səbəbləri kimi təqdim edilib.

4. PSJ

Qətər sərmayəsindən sonra həyata keçirilən bahalı transferlər, yüksək maaşlar və Fransa futbolundakı uzunmüddətli dominantlıq klubun antipatiya qazanması ilə əlaqələndirilib.

5. "Çelsi"

Roman Abramoviç dövründə böyük transfer xərcləri ilə formalaşan "pulla uğur" imici klubun tənqid olunmasına səbəb kimi göstərilib.

6. "Yuventus"

"Calciopoli" qalmaqalı, hakimlərlə bağlı iddialar və İtaliya çempionatında uzunmüddətli üstünlük klubun mənfi imicinin formalaşmasında əsas amillər kimi təqdim edilib.

7. "Liverpul"

Klubun böyük azarkeş kütləsi, sosial şəbəkələrdə fanat davranışları və tərəfdarların öz komandalarını fərqli görməsi ilə bağlı fikirlər tənqid səbəbləri arasında yer alıb.

8. "RB Leyptsiq"

"Red Bull" modeli Almaniyanın ənənəvi futbol mədəniyyətinə zidd hesab edildiyi üçün klubun bəzi azarkeş qrupları tərəfindən qəbul edilmədiyi bildirilib.

9. "Milluoll"

Sərt azarkeş profili və klubun tarixindəki xuliqanlıq mədəniyyəti ilə bağlı reputasiya onun siyahıya daxil edilməsinə səbəb kimi göstərilib.

10. "Barselona"

Lionel Messi dövründən sonra formalaşan böyük fanat kütləsi, hakim qərarları ətrafında mübahisələr və klubun imici ilə bağlı tənqidlər əsas səbəblər sırasında qeyd olunub.

Jalə

JD
Jalə Davud