İdman

Osimhendən "Qalatasaray"a şad xəbər

Osimhendən Qalatasaraya şad xəbər

Türkiyə Super Liqasında milli komandaların oyunları ilə bağlı yaranan fasiləyə "Trabzonspor"a 0:4 hesablı məğlubiyyətlə daxil olan "Qalatasaray"a Viktor Osimhendən sevindirici xəbər gəlib.

Demokrat.az xəbər vevrir ki, son üç rəsmi matçda zədə səbəbindən meydana çıxa bilməyən nigeriyalı hücumçunun fasilədən sonra keçiriləcək "Kasımpaşa" qarşılaşmasında oynamaq niyyətində olduğu bildirilir.

27 yaşlı futbolçu sosial şəbəkədə "Osimhen "Kasımpaşa" ilə matçda oynaya bilər" başlıqlı xəbəri bəyənərək geri dönüşə hazır olduğuna dair mesaj verib.

Zədəsi səbəbindən Nigeriya millisindən də icazə alan futbolçu istirahətdən sonra komandanın məşqlərinə qoşulmağa hazırlaşır. Onun durumunu klubun məşqçi və tibbi heyəti qiymətləndirəcək və məşqlərə nə vaxt başlayacağı müəyyənləşdiriləcək.

Baş məşqçi Okan Burukun da Osimhenin dönüşü ilə bağlı planlar qurduğu qeyd olunur. Mütəxəssis ön xəttdə Rafael Leao, Viktor Osimhen və Leroy Sane üçlüyündən istifadə variantını nəzərdən keçirir. Burukun Barış Alper Yılmazı da komandadan kənarda saxlamaq istəmədiyi və fasilədən sonra müxtəlif taktiki variantları dəyərləndirəcəyi bildirilir.

Osimhen bu mövsüm Super Liqada "Qalatasaray"ın heyətində 4 oyunda iştirak edib. Nigeriyalı forvard həmin görüşlərdə 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

Jalə

JD
Jalə Davud